"Sahil" və "İçərişəhər" metro stansiyaları bağlanıb

"Bakı Metropoliteni" ASC-nin "Sahil” və "İçərişəhər” stansiyaları bağlanıb.

Metropolitendən verilən məlumata görə, "Həzi Aslanov”-"İçərişəhər” xəttində yerləşən "Sahil” stansiyasının tunelində axma sularında artım müşahidə olunub.

"Hər hansı təhlükə yaşanmaması üçün təmas reslərindən gərginlik ayrılıb. Yaranan vəziyyəti aradan qaldırmaq üçün "Həzi Aslanov”-"İçərişəhər” istiqamətində hərəkət edən qatarlar "Nizami” stansiyasına keçirilib və oradan geri qaytarılır.

"Bakı Metropoliteni"dən bildirilib ki, qısa müddətdə hərəkətin bərpa olunacağı bildirilir. 

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az