Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov 23-27 noyabr 2012-ci il tarixlərində Frankfurt Sülh Tədqiqatları İnstitutunun təşkil etdiyi “Dağlıq Qarabağ sülh prosesi: münaqişənin həllində ədalətin rolu” mövzulu beynəlxalq konfransda iştirak və çıxış etmək üçün Almaniyaya rəsmi səfər edəcək. SAM-dan “Vətəninfo.az”a verilən məlumata görə, dörd gün davam edəcək konfransda aparıcı siyasətçi və alimlərin iştirakı gözlənilir. Konfransın prioritet mövzusu siyasi və elmi müzakirələrdə kifayət qədər diqqət göstərilməyən “Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətin rolu” nəzərdə tutulub. Sülh naminə uzunmüddətli danışıqları nəzərə alaraq “Sülh üçün nə qədər ədalət lazımdır” sualı əsas müzakirə mövzusu olacaq.
Konfransın məqsədi qarşı tərəflərin şərtlərini analiz etməkdir. Alman mütəxəssislərinin Dağlıq Qarabağ münaqişəsi və sülh prosesində ədalətin rolu mövzularında çıxışlarından sonra, Azərbaycan və Ermənistanın tanınmış alimlərinin çıxışları planlaşdırılır. Bundan sonra hər iki dövlətin nümayəndələri arasında münaqişənin həlli üçün təkliflərin müzakirəsi nəzərdə tutulub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR