Ermənistanda mayın 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb.
“Armtoday.info” saytının məlumatına görə, prezident Serj Sərkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası 53,67 faiz səslə birinci yerdə gedir. Çiçəklənən Ermənistan Partiyasının 29,78 faiz səslə ikinci yerdə qərarlaşdığı xəbər verilir.
Ermənistan parlamenti 131 deputatdan ibarətdir və qarışıq sistemlə formalaşır: 90 deputat partiya siyahıları üzrə, 41-i isə birmandatlı dairələrdən seçilir. Parlamentə proporsional sistem üzrə düşmək üçün partiya minimum 5, blok isə 7 faiz səs toplamalıdır. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, Daşnaksütun Partiyası 5 faizlik həddi keçib. Bu qurum 5,35 faiz yığıb.
Seçkiyə blok kimi qatılmış Erməni Milli Konqresinin isə 3,16 faiz səs topladığı bildirilir. Erməni Milli Konqresinə sabiq prezident Levon Ter-Petrosyan rəhbərlik edir.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR