İyulun 13-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranmış qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Ə. Həsənov ölkələrimiz arasındakı əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb, İsmayıllı rayonu ərazisindəki məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin rayonda Belarus Respublikasının təşkilatı tərəfindən inşa edilən 45 ailəlik yeni yaşayış qəsəbəsinin, 96 şagird yerlik məktəbin, tibb məntəqəsinin tikintisi və bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını diqqətə çatdırıb. Ə. Həsənov diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Rəsmi Minskin Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən N. Patskeviç Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, Azərbaycandan xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri