30 azərbaycanlı tələbə hələ də Suriyadadır
Aprelin 12-də Suriyada qüvvəyə minən atəşkəs rəsmən davam etsə də, toqquşmalar və partlayışların arası kəsilmir. “Veteninfo.az”-ın xarici saytlara istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Dəməşqdə güclü partlayış olub. Kabun məhəlləsindəki partlayışın səsinin bütün şəhərdə eşidildiyi bildirilib. Partlayışla bağlı hələlik heç bir açıqlama verilməyib. Suriya ordusunun Humsu tank atəşi altında saxladığı və geri çəkilmədiyi bildirilir. Müxalifət Humsda həbslərin həyata keçirildiyini və 3 nəfərin öldüyünü bəyan edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, Azərbaycanın Suriyadakı səfirliyinin əməkdaşlarının ailələri təhlükəsizlik məqsədilə Dəməşqdən çıxarılaraq Vətənə göndərilib. Qurum rəsmisinin bildirdiyinə görə, Azərbaycandan Suriyada təhsil alan 60-dək tələbə səfirliyin qeydiyyatında olub, hazırda isə 30-dək tələbə Suriyada qalıb. Səfirlik onlarla daim əlaqə saxlayır, vəziyyətləri ilə maraqlanır. Suriyada təhsil alan tələbələrə tövsiyyə olunur ki, ölkədə vəziyyət sabitləşənə qədər Azərbaycana qayıtsınlar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR