Şəhid zabitimiz yad edildi

Şəhid zabitimiz yad edildi
u gün Lənkəranda 2015-ci martın 25-i cəbhənin Ağdam istiqamətində şəhid olan İqbal Əhmədovun doğum günü qeyd edilib. Azərbaycan Ordusunun şəhid zabitinin xatirə gününə təkcə yaxınları deyil, rayon ictimaiyyəti, Müdafiə Nazirliyinin rəsmiləri də toplaşıblar. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, mərasim iştirakçıları öncə şəhidin məzarını ziyarəti ediblər. 17 il ön cəhbədə erməni qəsbkarlarına qarşı peşəkar zabit kimi vuruşan İqbal Əhmədovun döyüş şücaətləri, fərdi keyfiyyətləri bir daha dilə gətirilib, ruhu minnətdarlıqla yad edilib. Daha sonra xatirə tədbiri Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilib. Çıxışlarda şəhid zabitin hamıya örnək ola biləcək həyat yolundan söz açılıb. Mərasimdə şəhidin ölümündən sonra layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə” medalı 8 yaşlı oğlu Kənana təqdim edilib.  Anım mərasimində iştirak edən şəhidin anası oğlu ilə fəxr etdiyini bildirib. " Bu gün mən bir ana olaraq təəsüflənmirəm, çünki oğlum vətən uğrunda, öz ana-bacıları uğrunda şəhid olub”- deyib.

Xatırladaq ki, iki uşaq atası olan şəhid zabitimiz yaşasaydı bu gün onun 35 yaşı tamam olurdu. Bu gün şəhid zabitimizdən isə 12 yaşlı qızı Fatimə və 8 yaşlı oğlu Kənan yadigar qalıb. 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az