Əsgər Ceyhun Qubadovun Xırdalan rayonunda yas mərasimində idik. Millət vəkili dostlardan Sevinc Hüseynova və Aydın Mirzazadə də orda idi.
Veteninfo.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva bildirib.
“Əsgərin ailə üzvləri və anası Samirə xanımla görüşdük. Onlara başsağlığı verdik. Hadisənin araşdırılmasının dövlətin ciddi nəzarətində olduğunu bildirdik. Samirə xanım söylədi ki, artıq Respublika Prokurorluğunun rəhbərliyi səviyyəsində sabah onları qəbul edəcəklər. Bu gün yas mərasimi olduğundan görüş sabah olacaq. O, dövlətin bu hadisəyə ciddi reaksiya verməsindən. Prezident Administrasiyası səviyyəsində açıqlamalar verilməsindən və baş verən hadisənin ciddi araşdırılması üçün cinayət işinin açılmasından razılıq etdi. Baş verən hadisə ilə bağlı cinayət işinin açılması onu göstərir ki, dövlət bu məsələni ciddi sürətdə araşdırır və qısa zamanda bu barədə cəmiyyətə ətraflı məlumatla veriləcək.
Yas mərasimində Müdafiə Nazirliyi, Hərbi Kommisarlığın, Abşeron Rayon İcra hakimiyyətinin nümayəndələri, ziyalılar da qatılmışdı. Allahdan əsgərimizə bir daha rəhmət diləyirik!”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR