Prezident seçkiləri yaxınlaşdıqca vahid namizəd məsələsi yenidən aktual mövzuya çevrilir və mətbuatda müzakirrə olunur. Amma bu məsələ ilə bağlı fikirlər birmənalı denyil və daha çox nikbin olmayan mülahizələr yer alır. Bir çox siyasilər bildirirlər ki, müxalifətin vahid namizədlə seçkiyə gedəcəyi mümkün deyil. Xüsusən Müsavat başqanı İsa Qəmbərin namizəd istəyi ilə bağlı açıqlamasından sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin də namizəd olcağını dilə gəğtirməsi bunu deməyə əsas verir.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu «Vətəninfo.az»a açıqlamasında bildirdi ki, ümumiyyətlə parçalanmalara qarşı çıxmaq lazımdır: «Gərək biz, bu tipli məsələlərin üzərinə getməyəl, onu təbliğ etməyək. Əslinə baxsaq, hələlik bu məsələlərlə bağlı tələsmək də lazım deyil. Ola bilsin ki, seçki yaxınlaşdıqca müxalifət bir aray gəlsin. Amma hər halda dezinteqrasiya meylləri müxalifətdə çoxdur. Bu da yanlış və arzuolunmazdır». İctimai Palataya gəlincə isə ADP sədri diqqətə çatdırdı ki, bu qurum seçkilərdə iştirak edə bilməz: «Ona görə də ictimai palatanı bu prosesdən kənarda saxlamaq lazımdır. Amma nədənsə çalışırlar ki, bu qurumu süni surətdə siyasi proseslərə qoşsunlar. Bu da orada toplaşan ictmiai təşkitlatların maraqlarına uyğun deyil»
Firudin
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR