“Vətəninfo.az”ın Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin rəsmi saytında istinadən verdiyi məlumata görə, Rusiya Xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarova iki ölkə arasında diplomatik münasibətlər yaradılmasının 20 illiyi münasibətilə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir ki, ölkələrimiz və xalqlarımız üçün əlamətdar tarix - RF ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 20 illik münasibətilə səmimi təbriklərimi qəbul edin. “Tarixən qısa müddət ərzində bizim əməkdaşlığımızın təməlini möhkəmlətmək və ikitərəfli münasibətlərin dərin məzmun kəsb etməsi üçün birlikdə böyük iş görülmüşük. Bu işin uğurlu olması hər iki ölkənin liderlərinin dövləti müdrikliyi və adi vətəndaşların səyləri sayəsində təmin edilir”-deyən Sergey Lavrov əlavə edib ki, bu gün Rusiya və Azərbaycan siyasi, sosial-iqtisadi, humanitar və digər sahələrdə məzmunlu dialoq aparan, regional və beynəlxalq formatlarda uğurlu qarşılıqlı fəaliyyət göstərən strateji tərəfdaşlardır. “Bu genişmiqyaslı tərəfdaşlıq Xəzərdə və Cənubi Qafqazda sabitliyin, sülhün və təhlükəsizliyin mühüm amilinə çevrilib”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR