Bakıda “Sərhəd cinayətləri ilə mübarizə: insan alveri və narkotik vasitələrin dövriyyəsi” mövzusunda konfrans keçiriləcəkdir.”Vətəninfo”nun məlumatına görə, seminarda bu növ cinayətlərlə mübarizə sahəsində ən mütərəqqi beynəlxalq təcrübəyə dair məlumatlar təqdim olunacaq və regionda əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılacaq.Tədbirdə proqramın ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, aidiyyəti dövlət qurumlarının (XİN, DİN, DGK, DSX, DMX) mütəxəssisləri ilə yanaşı, İCMPD-nin (Beynəlxalq Miqrasiya Siyasətinin İnkişaf Mərkəzi) Çexiyadan olan ekspertləri və Gürcüstan Respublikasının müvafiq (Sərhəd və Patrul Polisi, Maliyyə Xidməti) qurumlarının əməkdaşları iştirak edəcəklər.Sonda seminar iştirakçılarına sertifikatlar təqdim olunacaq. Avropa İttifaqı tərəfindən maliyyələşən və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşən “Cənubi Qafqaz Ölkələrində İnteqrə Edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsinin əsas məqsədi sərhəd idarəçiliyinin təkmilləşdirilməsinə yönəlib. Bu layihə İCMPD ilə birgə Avropa İttifaqına üzv 6 dövlətin sərhəd xidmətləri ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirilir ki, bunlar da Çexiya Respublikası, Estoniya, Latviya, Litva, Fransa və Polşadır.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR