"Səsi muğama uyğun deyil"
Xalq artistləri Gülyaz və Gülyanaq bacıları övladlarının musiqi sevgisindən bəhs edib.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın
məlumatına görə, "Onlar"a açıqlama verən Gülyaz Məmmədova oğlu
Ramazanın estrada ifaçısı olmasına münasibət bildirib:
"Oğlumun
düzgün seçim etdiyini düşünürəm. İncəsənət Universitetində təhsil alır.
Müəllimləri savadını bəyənir. Əvvəl tar ifa edirdi. Sonra dəyişib,
gitaraya meyl göstərdi. Bir gün gördüm mahnı yazır, başqa sahəyə
yönəlir. Onun səsi muğama uyğun deyil. Estrada sahəsində daha
uğurludur".
Gülyanaq Məmmədova övladlarının musiqiyə həvəs göstərmədiyini bildirib:
"İncəsənət
Universitetində işləyirəm. Müəllim yoldaşlarım Ramazanın səsini
bəyənir. İndi görüm mənim sənətdə davamçım kim olacaq (gülür). Qızımın
səsi var, amma müğənni olmaq istəmir. Deyir, həkim olacam. İki oğlumda
isə səs hiss etmirəm. Əgər gələcəkdə görsəm ki, istedadları, səsi var,
onda müğənni olmaqlarına icazə verərəm. Elə-belə niyə oxumalıdırlar ki?
Hər işdə yaxşı olmaq lazımdır".