AHİK İlham Əliyevin namizədliyin dəstəklədi
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) hazırkı dövlət başçısı İlham Əliyevin bu ilin oktyabrında keçiriləcək Azərbaycan prezidentliyinə seçkilərdə namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul edib. Vətəninfo.az-ın APA-ya istinadən məlumatına görə, bunu AHİK-in IV qurultayında çıxışı zamanı AHİK sədri Səttar Mehbalıyev deyib.
S.Mehbalıyev həmkarlar ittifaqlarının uğurlarına görə təmsil etdiyi qurum adından prezident İlham Əliyevə və respublika hökumətinə təşəkkür edib:
“Çox böyük məmnuniyyətlə elan etmək istəyirəm ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirib və bunu qurultayın uca kürsüsündən söyləməyi mənə həvalə ediblər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq”.
S.Mehbalıyev qeyd edib ki, prezident İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, imzaladığı fərman və sərəncamların, tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda onlara böyük dəstək olub
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR