Bakıda Qafqazın Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıya bütün Qafqazdan dini liderlər qatılıb.
Şuranın sədri bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bildirib ki, dini liderlər keçirilən görüşlərdə Qafqazda baş verən hadisələri, dini cərəyanları, həmçinin Suriya, Fələstin, Əfqanıstan kimi islam ölkələrində gedən prosesləri müzakirə ediblər. Dini liderlər Türkiyədə PKK terror təşkilatının hücumlarını da pisləyiblər.
ANS-ə müsahibəsində bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son vaxtlar Rusiyada bəzi qüvvələrin anti-Azərbaycan fəaliyyətinin aktivləşməsi, milli azlıqların qızışdırılması hallarına da münasibət bildirib: “Mən çox istərdim ki, bu insanlar ağıllı olsunlar və onlar bu günlərdə atdıqları addımlara fikir versinlər. Bununla həm Azərbaycana, həm də öz xalqlarına qarşı gedə bilərlər. Mən bütün olanlardan çox təəssüflənirəm və ona görə də istərdim ki, bu məsələdən istifadə olunmasın və onların atdığı addımlardan bizi istəməyən qüvvələr dövlətimizə qarşı istifadə etməsinlər”.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR