Türkiyədən müxtəlif tipli hərbi nəqliyyat vasitələrini alınmasına “Vətəninfo.az” saytına münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan qardaş Türkiyədən bir sıra hərbi ləvazimatlar alıb: “ Əvvəllər bu tipdə olan xəbərlər ictimaiyyətə açıqlanmırdı, son vaxtlar isə müxtəlif mənbələrdən ictimaiyyətin diqqətinə çatdırılır. Eyni zamanda bu xəbərlər bir ajiotajın da yaranmasına gətirib çıxarır ki, nəyə görə Azərbaycan Türkiyədən hansısa hərbi texnikaları alır? ”-deyə qeyd edib. Ekspert qeyd edib ki, Türkiyədən indiyə qədər də xüsusən də, Naxçıvanda olan hərbi birləşməyə “Land Rover” markalı müasir avtomobillər alınıb. Müdafiə Nazirliyinin tərkibində olan hərbi hissələrə Türkiyədən xeyli sayda təkərli texnika gətirildiyini bildirən ekspert əlavə edib ki, Türkiyə istehsalı olan rabitə avadanlıqları, “Asel Xan” , “Rakel Xan” şirkətlərinin istehsalı olan məhsullar Azərbaycan Silahlı Qüvvələrində istifadə olunur. Türkiyədən silah alınması məsələsini müsbət dəyərləndirən ekspert hesab edir ki, bunun ardı da gəlməlidir.” Nəzərə alsaq ki, Türkiyə NATO-nun aparıcı dövlətlərindən olan bir ölkə kimi onu istifadə etdiyi texnikalardan Azərbaycan da yararlanmalıdır. Bu da bir örnəkdir ki, iki ölkə arasındakı münasibətlər təkcə iqtisadi, siyasi, mədəni, formada deyil, həm də hərbi istiqamətdə inkişaf edir”-deyə, fikrini tamamlayıb.
Ramilə
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR