Səbəb isə birdir-maliyyənin olmaması
Bu gün ölkədə fəaliyyət göstərən siyasi partiyalarda çalışan insanların sosial sığortasının necə həyata keçrilməsi ilə əlaqədar “Vətəninfo.az” olaraq kiçik bir araşdırma apardıq. Bəlli oldu ki, bu gün ölkədəki mövcud partiyalarda vəziyyət bir o qədər də ürəkaçan deyil. Elə bunu araşdırma zamanı partiya rəsmiləridə təsdiqlədilər.
Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Vətəninfo.az”-a bununla bağlı bildirdi ki, ADP-da əmək haqqı ilə işləyən yoxdur ve onlar da ölkədəki yüz min işsiz insanlardan sayılırlar. Onun sözlərinə görə, bu gün Demokrat Partiyasının aparatında çalışanlar hər hansı bir əməkhaqqı almırlar.
Ümid Partiyasından təşkilatı məsələlər üzrə müavin Ənvər Ağazadə isə bildirdi ki, Ümid Partiyasında işləyən insanların çox az qismi əməkhaqqı alır işçilərin əksəriyyəti içtimai əsaslarla çalışırlar:
“ Buna baxmayaraq partiya üzvülərinin çoxu başqa sahələrdə işləyir və bu sahə üzrə təqaüdə çıxa bilərlər”.
Qeyd edək ki dövlət tərəfindən partiyalara ayrılacaq vəsaitin bu vəsitdən yararlanacaq partiyalarda çalışan şəxslərin sosial-məişət problemlərini aradan qaldırılmasına və eyni zamanda onların sosial sığortasının ödənilməsinə necə təsir edəcəyi haqqında isə, əlaqə saxladığımız siyasi inistitutların rəsmiləri hər hansı bir açıqlama vermədilər.
Qafqaz Rafiqoğlu
“Vətəninfo.az”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR