SOS: Xaricdən gətirilən meyvələrdə-KARBİT VAR
Vətəninfo.az xəbər verir ki, qardaş Türkiyə Respublikasının insan sağlamlığı ilə bağlı mütəmadi araşdırmalar aparan QHT-rı olduqca həyəcanlı bir araşdırmanın nəticələrini açıqlayıb.
Aparılan araşdırma zamanı məlum olub ki, həm daxili bazarda, eyni zamanda ölkədən ixrac edilən meyvə-tərəfəz məhsullarının tərkibinə tez yetişməsi üçün, insan sağlamlığını ciddi xəstəliklərə yoluxduracaq, xüsusən də, qaraciyərin sıradan çıxmasına səbəb olan məhlullar vurulur.
O da bəlli olub ki, işbazlar bağlardan topladıqları alma, portağal kimi məhsulların uzun zaman saxlanılması və xarab olmaması üçün karbitdən və şamdan istifadə edirlər.
Araşdırma zamanı aşkarlanıb ki, işbazlar kal meyvə yeşiklərinin içərisinə təqribən 300 qr. karbit qoyaraq ağzını bağlayırlar. Ağzbağlı yeşikdə güclü istilik verən karbit getdikcə kal meyvənin rənginin dəyişməsinə (meyvənin yetişmiş kimi görünməsi üçün bu fırıldağa da əl atırlar) səbəb olur. Bu azmış kimi həmin meyvələr uzun müddət saxlanılması üçün əridilmiş şama salınır.
Araşdırma şirkətinə görə, istər Türkiyə vətəndaşları, istərsə də bu meyvələrin ixrac edildiyi ölkələrin vətəndaşları diqqətli olmalıdırlar. Əks təqdirdə, aldıqları meyvələrdən həyatları korlanmış olar.
Araşdırma şirkətinə görə, alma və portağal əsasən MDB ölkələrinə ixrac edilir ki, bu ölkələr içərisində Azərbaycanın da adı var.
Yəni istənilən halda bazarlarda baha qiymətə, xaricdən gətirilən meyvələri alarkən diqqətli olmaq lazımdır.
Vətəninfo.az