Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərinin yeni meri seçilib. Vətəninfo.az-ın məlumatına görə, Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Dərbənd şəhər Məclisinin bugünkü iclasında keçirilən səsvermədə milliyətcə azərbaycanlı namizəd Azadi Rəhimov mer seçilib.
A,Rəhimov Dağıstanın milli siyasət nazirinin müavini Əlövsət Fərruxovu 1 səs çox toplamaqla qabaqlayıb.
Bu il fevralın 14-də Dərbənddəki torpaq sahələrinin qanunsuz satışı ilə məşğul olduğu üçün istefa verməyə məcbur olan sabiq mer Mövsüm Rəhimov da yenidən öz namizədliyini verəcəyini bəyan etmişdi, amma səsverməyə 15 dəqiqə qalanda geri çəkildi.
Dağıstan mətbutının iddiasına görə, Dağıstanın baş naziri Əbdüsəməd Həmidov seçkidən bir neçə gün qabaq Dərbəndə gələrək bütün namizədlərdən geri çəkilməyi və mer olaraq Azadi Rəhimovun seçliməli olduğunu söyləyib.
Fevralın 15-dən Dərbənd meri səlahiyyətlərini müvəqqəti icra edən Azadi Rəhimov Dağıstanın Tabarsan rayonundakı Darvaq kəndində anadan olub. O, bundan əvvəl Dağıstanın ədliyyə naziri vəzifəsində çalışıb və hazırki Dağıstan rəhbəri Ramazan Abdulatipovun kadrı hesab olunur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR