Vətəninfo.az xəbər verir ki, ABŞ-ın Strateji Analitik Mərkəzi “Stratfor” yeni məruzəsin açıqlayıb. Məruzədə qeyd edilir ki, Azərbaycan 2015-ci ildə Qarabağda status-kvoya etiraz etməyə çalışacaq. Məruzədə daha sonra vurğulanır ki, Rusiyanın mövcud düşdüyü vəziyyət elə bir həddədir ki, rəsmi Kremli əsas diqqətini daxili və iqtisadi məsələlərə yönəldəcəyindən Qarabağ ətrafındakı toqquşmaları məcburən kənardan izləməli olacaq.Məruzədə daha sonra vurğulanır ki, sərhəddə daha çox gərginlik gözlənilir, amma qonşuların cəlb edilməsi ilə irimiqyaslı hərbi əməliyyatlar ağlasığmazlıqdır.
“Stratfor”un təhlilçiləri proqnozlaşdırır ki, Ukrayna böhranına görə Rusiya və Qərb arasında yaranan ziddiyyətlər 2015-ci ildə post-sovet ölkələrinə yayılmağa davam edəcək.
“Gürcüstanda siyasi qeyri-sabitlik müşahidə olunacaq. Çünki “Gürcü arzusu” koalisiyası daxilində bölünmə var. Amma bu fakt ölkənin NATO və Avropa Birliyi ilə əməkdaşlığın genişlənməsinə təsir etməyəcək. Avrasiya İqtisadi İttifaqı iqtisadi və təhlükəsizlik planında inteqrasiyanı möhkəmləndirəcək. Ancaq ittifaqa üzv ölkələr Rusiyadakı iqtisadi böhranın mənfi effektini hiss edəcək. İqtisadi problemlər etirazlara səbəb olacaq. Belarus Rusiya ilə güclü hərbi münasibətləri dəstəkləyərək Avropa ilə daha sıx iqtisadi əlaqələri qaydaya salmağa çalışacaq".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR