“Bizim aksiyalar keçirmək planımız var”.
APA-nın məlumatına görə, bunu Açıq Cəmiyyət Partiyasının (ACP) Sülhəddin Əkbər deyib.
Artıq yaz aylarından başlayaraq kütləvi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan partiya sədrinin sözlərinə görə, bunun üçün müxalifətin geniş koalisiyasına nail olmaq lazımdır: “Bizim aksiyalar keçirmək planımız var. Bu baxımdan kütləvi tədbirlərin vacibliyi ilə bağlı müzakirələr aparırıq. Məncə, yazdan artıq Azərbaycan müxalifəti birgə tədbirlərə başlamalıdır. Mən istəmirəm ki, payızda buraxılan səhvlər təkrar olunsun”.
S.Əkbər bildirib ki, müxalifət kütləvi xalq hərəkatından öncə siyasi baza formalaşdırılmalıdır: “İlk öncə Azərbaycanda demokratik dəyişikliyi istəyənlər qüvvələr birləşərək müxalifətin geniş koalisiyasını yaratmalı, birləşmiş müxalifət yazdan başlayaraq kütləvi tədbirlərə başlamalıdır. Biz ilk mərhələdə kütləvi siyasi hərəkata, daha sonra isə xalq dəstəyini qazanaraq kütləvi xalq hərəkatına nail olmalıyıq. Bu vəzifənin öhdəsindən gələ bilsək, biz ölkədə vəziyyəti dəyişə biləcəyik. Bunu edə bilməsək, heç kimə sirr deyil ki, nəticə etibarilə Azərbaycan müxalifət liderlərinin böyük əksəriyyəti siyasi arxivə getməli olacaqlar”.
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR