Sürücülərə bayram xəbərdarlığı
"Sabahdan ölkədə
Ramazan bayramı başlayır. Bayram günlərində rayonlara gedən yollarda canlanma müşahidə olunacaq. Bu münasibətlə Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejiminə keçib”.
Vətəninfo.az xəbər verir ki, bunu ANS PRESS - ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı şəhər Baş
Polis İdarəsinin, Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə
bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O, bildirib ki, ölkədə
4 gün qeyri-iş günü olması münasibətilə rayonlar istiqamətində hərəkət edən avtomobillərin
sayının çox olmasını nəzərə alaraq yollarda xüsusi təhlukəsizik
tədbirləri görulüb, polis əməkdaşlarının sayı artırılıb.
Rəis ANS PRESS vasitəsi ilə sürücülərə xəbərdarlıq da etdi: "Sürücülər
hava şəraiti ilə əlaqədar olaraq kondisionersiz maşınlarla yola
çıxmasınlar, sükan arxasında mobil telefondan istifadə etməsinlər, sürət
həddini aşmasınlar, ötmə əməliyyatını həyata keçirərkən diqqətli
olsunlar, tibbi dərman vasitələrindən istifadə etdikdən sonra sükan
arxasına əyləşməsinlər, ara məsafəsini düzgün seçsinlər, özlərinin və
başqalarının həyatlarını təhlükəyə atıb sevdiklərini gözü yaşlı
qoymasınlar. Qayda pozuntusuna yol verməyərək ailə büdcəsinə qənaət
etsinlər".
Bölmə rəisi onu da əlavə etdi ki, bu ilin ilk 6 ayı ərzində qəzalarında
ölənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqaisədə 105 nəfər az olub.
Qeyd edk ki, Nazirləri Kabinetinin qərarına əsasən bu il ölkəmizdə
Ramazan bayramı iyulun 17-si və 18-də qeyd olunacaq. Lakin əmək
məcəlləsinə edilən dəyişikliyə əsasən iyulun 18-i şənbə gününə təsadüf
etdiyindən ayın 20- si də qeyri iş günü olacaq.