Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının təsisçilərindən olan Söyün Sadıqov hazırda Moskvada yaşayan, Strateji Qiymətləndirmə və Analiz İnstitutunun direktoru, Azərbaycan “KQB”sinin keçmiş şefi, general-mayor Vaqif Hüseynovla əməkdaşlığa başlayıb.
"Veteninfo.az" Avrasiya.net-ə istinadən verdiyi məlumata görə, S.Sadıqov gücünü Rusiyanın hakimiyyət dairələrində böyük nüfuz sahibi olan V.Hüseynovla birləşdirmək qərarına gəlib.
Məlumata görə, onlar arasında ilk görüş MDB Dövlətləri İnstitutunun təşkil etdiyi konfransda baş tutub. Konfransa dəvətli olan hər iki şəxs ayaqüstü söhbətləşiblər. S.Sadıqov V.Hüseynova niyyətini açıqladıqdan sonra qərara gəlinib ki, növbəti görüş general-mayorun rəhbərlik etdiyi institutda baş tutsun. Görüşün tarixi ilə bağlı məlumat verilməsə də, onun bu ilin sonunadək keçiriləcəyi söylənilib.
Mənbə onu da deyib ki, S.Sadıqovun planında V.Hüseynovun təcrübəsindən geniş yararlanmaqla yanaşı, onu yaradacağı partiyada yüksək posta gətirəcəyi də düşünülüb.
Xatırladaq ki, rəsmi Moskva S.Sadıqova yeni siyasi partiyanın – Milli Vahid Rusiya Partiyasının yaratmağı tövsiyyə edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR