14 aprel 1912-ci ildə batan “Titanik” gəmisinin menyusu Britaniyanın Uiltşir qraflıgında keçirilən auksionda 76 min funt-sterlinqə (təxminən 120 min dollar) satılıb. Menyuda 40-a yaxın yemək çesidi yer alıb. Məşhur gəminin menyusunu San-Fransiskodan olan bankirin faciə zamanı xilas olmuş həyat yoldaşı təsadüfən çantasına qoyubmuş. Xanım oglu ilə bərabər qayıqlardan birinə minərək xilas olmuşdu.
Gəmidəki otaqlardan birinin açarları isə 59 min funt-sterlinqə (94 min dollar) satılıb. “Henry Aldridge & Son” vaxtaşırı “Titanik”lə baglı auksionlar təşkil edir. Faciənin 100-illiyinə həsr olunmuş auksionda bu dəfə “Titanik”in taleyini təkrarlayan və gəminin “qardaşı” sayilan “Olimpik” laynerindən də xilas olmuş əşyalar satılıb.
Xatırladaq ki, “Titanik” gəmisi “Uayt Star Layn” kompaniyasının üç “Olimpik” tipli əkiz gəmisindən ikincisidir. İlk səyahəti zamanı 1912-ci ilin aprel ayının 14-də gəmi nəhəng buz parçasına çırpılaraq 2 saat 40 dəqiqə ərzində tam batıb (“Veteninfo.az”).
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR