TÜRKPA Baş Katibiliyindən “Vətəninfo.az”a daxil olan məlumata görə, TÜRKPA baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bişkekdə keçirilən İkinci Zirvə Görüşündə iştirak edir. Məlumatda deyilir ki,sammit çərçivəsində TÜRKKON üzv ölkələri xarici işlər nazirlərinin, daha sonra dövlət başçılarının görüşü baş tutacaq. Həmçinin TÜRKPA Baş Katibinin TÜRKPA-nın son bir illik fəaliyyəti ilə bağlı dövlət başçıları qarşısında məlumat verməsi nəzərdə tutulur. Eyni zamanda, Ramil Həsənovun Qırğızıstan Xarici İşlər Naziri Ruslan Kazakbayev, Azərbaycan Xarici İşlər Naziri c Elmar Məmmədyarov, TÜRKKON-un Baş Katibi Səfir, Halil Akıncı və TÜRKSOY-un Baş Katibi Düsen Kaseynovla ikitərəfli görüşləri planlaşdırılır. Səfərdə TÜRKPA Baş Katibini, Baş Katibin müavini Bektemir Ziyadinov və beynəlxalq əməkdaşlıq və protokol üzrə katib Anar Rəhimov müşayiət edirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR