Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana gəlib.
"Vətəninfo.az"ın məlumatına görə, B. Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib. General Heydər Əliyevin, Şəhidlər xiyabanında Əbədi Məşəl Kompleksinin və Türk Şəhidliyindəki abidənin önünə əklil qoyub, Türk Şəhidliyindəki xatirə dəftərinə ürək sözlərini yazıb.
Səfər çərçivəsində B. Kalyoncunun bu gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənova görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir.
Səfər iyunun 13-dək davam edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR