Əkrəm Əylisli 15-dən çox səfirliyə müraciət etdi
“Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli Azərbaycandakı xarici diplomatik nümayəndəliklərə müraciət edərək hakimiyyət tərəfindən təqiblərə məruz qalmasına səbəb olan əsərini oxumağa çağırıb. (Turan)
“Artıq 2 həftədən çoxdur ki, Azərbaycan hakimiyyətinə məxsus bütün KİV-də “Daş yuxular” adl bədii əsərimə görə mənə qarşı ardıcıl mənəvi terror kampaniyası aparılır. Yaşadığım evin qarşısında icazəsiz kütləvi aksiyalar keçirilir, kitablarım yandırılır, ailə üzvlərimə qarşı ədalətsiz təzyiqlər göstərilir”, – deyə yazıçının müraciətində bildirilib.
“Bu, son 100 ildə Azərbaycanın ictimai həyatında görünməmiş hadisədir və bunun hakimiyyət tərəfindən həyata keçirilməsində mənim heç bir şübhəm yoxdur. Mən bunu hakimiyyət dairələri tərəfindən söz və ifadə azadlığına qarşı analoqsuz dözümsüzlük nümunəsi sayıram”, – yazıçı qeyd edir.
Bununla əlaqədar yazıçı xarici ölkələrin diplomatik təmsilçiliklərinə – ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya, Norveç, İsveç, İsveçrə, Avstriya, Niderland, Ukrayna, Gürcüstan və digər ölkələrin səfirliklərinə, eləcə də Avropa İttifaqı, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə müraciət edərək romanla tanış olmağı və münasibət bildirməyi xahiş edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR