Vəziyyəti xaosa götürməklə qorxutmaq və istədiklərinə nail olmaq istəyirlər. Rusiya da onları dəstəkləyir. Açığı vəziyyət düşündüyümüzdən də pisdir.
Bu sözləri Vətəninfo.az-a Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Azərbaycan dövlətçiliyinə qarşı anti qüvvələrin apardıqları fəaliyyəti şərh edərkən bildirdi.
“Vəziyyəti xaosa götürməklə qorxutmaq və istədiklərinə nail olmaq istəyirlər. Rusiya da onları dəstəkləyir. Açığı vəziyyət düşündüyümüzdən də pisdir. Azərbaycan bu dəyişikliklərə hamilədir. Ancaq normal doğuşa imkan vermirlər. Proses sancılı keçir. Az sonra hər yer etiraz dalğasına bürünə bilər. Və proses də ona doğru gedir. İslahatlar başlamaq əvəzinə irticanı gücləndirirlər. Amma anlamırlar ki, artıq qorxu mərhələsi aşılıb.
Və bundan sonra hər şey tərs təpəcək. Eynən Yaxın Şərqdə olanlar kimi. Fikir verdinizsə, Binədəki insanlara tutulan divan, həbslər bir işə yaramadı. Əksinə İsmayıllını doğurdu. Bu proses dalğavari artaraq sahili çox pis vura bilər. Ona görə də nə qədər gec deyil, ölkə başçısı qətiyyətli addımlar atmalı, inkişaf prosesinə əngəl olanları aradan götürməli, cəmiyyətdə barış mühitini bərqərar etməli, siyasi qüvvələrlə anlaşma mühitində hakimiyyəti əsil sahibinə qaytarmaq yönündə proses başlatmalıdır. Bu isə həqiqi seçkilərdən keçir. Belə olarsa, heç bir xarici qüvvə bizim üçün qorxulu olmayacaq”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR