“Azadlıq Radiosu”nun əməkdaşını
Vətəninfo.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-də deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "Azadlıq Radiosu"nun əməkdaşı Marqot Buffu "arzuolunmaz şəxslər" siyahısına salıb.
Onun sözlərinə görə, M.Buff Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etdiyinə görə onun adı siyahıya daxil edilib.
Qeyd edək ki, daha əvvəl “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında 5 yanvar 2015-ci il tarixində verilmiş xəbərdə “Azadlıq Radiosunun”nun əməkdaşı kimi təqdim olunan Marqot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada fotoçəkilişlər aparması barədə xəbər verilirdi. XİN daha əvvəl məsələ ilə bağlı yaydığı açıqlamada bildirmişdi ki, Azərbaycanın rəsmi icazəsi olmadan "Azadlıq Radiosu"nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanuni xarakter daşıyır və bu hal Azərbaycanın "Dövlət sərhədi haqqında" qanununun pozulmasıdır: "Azadlıq Radiosu"nun bu cür qərəzli davranışı eləcə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətsizliyin daha bir nümunəsidir".
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR