Ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza rəsmiləşdirilməsi prosesinə cəlb olunmuş digər aidiyyəti nazirlik və dövlət qurumları ilə birlikdə "Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin viza alt sisteminin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və viza sorğularına baxılması müddətinin qısaldılması üçün təkliflər ən yaxın günlərdə təqdim ediləcək. Vətəninfo.az xəbər verir ki, bunu SİA-ya XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikası Prezidentinin Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında 20 noyabr 2014-cü il tarixli 882 nömrəli sərəncamı əsasında viza rəsmiləşdirilməsi prosesinə cəlb edilmiş aidiyyəti nazirlik və dövlət qurumlarının iştirakı ilə İşçi qrup fəaliyyət göstərir.
Onun sözlərinə görə, İşçi qrupunun dörd iclası keçirilib və bununla bağlı müvafiq tədbirlər görülür: "Hazırda diplomatik nümayəndəliklərdə viza sistemi ilə bağlı yeni avadanlıqların quraşdırılması prosesi həyata keçirilir".
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri