Xızının Dizəvər yaylağında yanğın başlayıb

Xızının Dizəvər yaylağında yanğın başlayıb
Bu gün saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az