“Azərbaycan hakimiyyətinin daxilində heç bir qruplaşmadan söhbət gedə bilməz”
Moskvada bir qrup nüfuzlu azərbaycanlının birləşdiyi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ilə bağlı yaranmış siyasi qalmaqal səngimir.
İttifaqı quranlar əvvəlcə Bakıdan onlara verilən neqativ reaksiyalara yumşaq üslubda cavab verməyə, bu qurumun Azərbaycan hakimiyyətinə və onun prezidentinə qarşı olmadığına inandırmağa çalışıblar.
Qeyd edilir ki, mövcud qurum Rusiyanın göstərişi əsasında yaradılıb. Rusiya qurumdan 2013-cü il prezident seçkilərində istifadə edəcək.
Məsələ ilə bağlı fYeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Siyavuş Novruzov deyib ki, onlar özləri üçün nəsə qurum yaradıblar: “Bunların hələ məqsəd və qarşıya qoyduqları vəzifələri bəlli deyil. Onlar öz məqsədlərini elan edərlər, biz də buna uyğun münasibət bildirərik”.
S.Novruzov qeyd edib ki, Azərbaycan hakimiyyətinin daxilində heç bir qruplaşmadan söhbət gedə bilməz: “Hakimiyyət vahiddir. Bunu bəziləri arzu edir, belə arzu edənlərin də arzusu gözlərində qalacaq. Onlar 2013-cü il prezident seçkilərində bir yerdə iştirak etsələr belə, heç bir alternativ ola bilməz, 1% səs də toplaya bilməyəcəklər”.
"AzNews.az"
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR