Aprelin 22-də İctimai Palatanın (İP) 20-ci sahədə keçirdiyi mitinqdə iştirak edən insanların sayı ilə bağlı maraqlı fikirlər səsləndirilir. Ötən gün hakim Yeni Azərbaycan Partiyasından (YAP) belə bir açıqlama gəlmişdi ki, “Müxalifətin mitinqində 10 min adam iştirak etməsi ilə bağlı dedikləri gülüncdür. 1600 kv2 metr əraziyə necə 10 min adam sığışa bilər. Belə çıxır ki, 4 nəfər bir-birinin üstündə dayanmışdı”. Bu açıqlamaya bu gün müxalifət cəbhəsindən yanıt gəldi. İP-nin üzvü Yeganə Əmiraslanova “Vətəninfo.az”-a açıqlamasında bildirib ki, kimin nə deməyindən asılı olmayaraq, mitinqdə kütləvilik var idi:
“Belə bir ifadə işlədiblərsə, bu onların tərbiyəsizliyini göstərir. Xalqa qarşı belə münasibət göstərmək olmaz. Biz orda insanları saymaqla məşğul deyildik. Hamı gördü ki, meydan tamamilə dolmuşdu. İnsanlar mitinqə axın edirdi”– deyə, qeyd edən Y.Əmiraslanova əlavə edib ki, belə ifadələr sadəcə keçirilən aksiyaları gözdən salmağa yönəlib.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR