“Qarşıdan gələn 2013-cü il prezident seçkilərində prezidentliyə yeganə namizədimiz Azərbaycan xalqının böyük əksəriyyətinin birmənalı dəstəyinə malik olan dövlət başçısımız İlham Əliyev olacaq. Partiyamız növbəti dəfə ölkə Prezidentinin namizədliyi irəli sürəcək və onun qələbə əldə etməsi üçün bütün qüvvəsini səfərbər edəcək”.
“Vətəninfo.az”-ın məlumatına görə, bunu “525”-ə açıqlamasında Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Kamilə Əliyeva dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, Azərbaycan xalqı 2003 və 2008-ci illərdə olduğu kimi, 2013-cü il seçkilərində də düzgün seçim edəcək, özündən olan namizədi dəstəkləyəcək:
“Mən yüz faiz əminəm ki, müdrik və qədirbilən xalqımız yenə də öz seçimini düzgün edəcək. YAP sədri, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı, indiki dövlət başçımız İlham Əliyev növbəti dəfə Azərbaycan xalqının, seçicilərin böyük əksəriyyətinin dəstəyi ilə ölkə Prezidenti seçiləcək”.
K.Əliyeva deyib ki, buna heç kimin zərrə qədər belə şübhəsi olmasın və ola da bilməz.
“Onu da deyim ki, şəxsən mən özüm bir millət vəkili kimi seçicilərlə görüşlərimdə İlham Əliyevin xalq arasında necə böyük nüfuza malik olduğunu görmüşəm və xalqın onu necə dəstəklədiyini hiss etmişəm. Odur ki, budəfəki prezident seçkilərinin də birmənalı və şəriksiz qalibi ölkə Prezidenti olacaq”- deyə, millət vəkili sözlərinə əlavə edib.
Vətəninfo.az”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR