Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğlu, Baş Mühafizə İdarəsinin Nərimanov Rayon Mühafizə İdarəsinin rəis müavini vəzifəsində çalışan Nazim Həsənov mətbuata danışıb.
Vətəninfo.az "Qafqazinfo"-ya istinadən bildirir ki, N.Həsənov tutduğu vəzifədən məmnun olduğunu, ona göstərilən etimada görə daxili işlər naziri Ramil Usubova minnətdarlığını bildirib:
“Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə qürur duyuram. Hər zaman cənab nazirimizin əmr və tapşırıqlarını ica etməyə hazıram. Cənab nazirin bütün göstərişləri vaxtında icra olunur. Bundan sonra da əlimdən gəldiyi qədər vətənimə, dövlətimə xidmət etməyə hazıram. Bütün göstərişlər canla-başla yerinə yetirilir. Özüdə necə lazımdır, yerinə yetirilir. Bu günə qədər də bir şikayət yoxdur. Daxili İşlər Nazirliyinin əməkdaşı olduğuma görə fəxr edirəm”.
N.Həsənov atası Zakir Həsənovdan da söz açıb:
“Zakir müəllim çox yaxşıdır. Gərgin rejimdə işləyir. Heç bir problem yoxdur. İşlər yaxşı gedir. Münasibətlərimiz də çox yaxşıdır”.
Qeyd edək ki, Nazim Həsənov Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun oğludur. O, hazırda Baş Mühafizə İdarəsinin Nərimanov rayon İdarəsinin rəis müavini vəzifəsində çalışır. Nazim Həsənov buna qədər Baş Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsinin rəis müavini vəzifəsini tutub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR