Tarixi torpaqlarımızdan olan qədim Zəngəzur mahalının böyük bir hissəsinin Moskvanın təzyiqi ilə Azərbaycandan alınaraq Ermənistan verilməsindən 92 il keçdi..
Veteninfo.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva öz sosial şəbəkəsində Zəngəruzun işğalı ilə bağlı fikirlərini şərh edərkən bildirib.
“24 il əvvəl isə orada yaşayan bütün insanlarımız Ermənistan tərəfindən bir nəfərə belə güzəşt edilmədən etnik-təmizləmə aparılaraq öz ata-baba yurdlarından didərgin salındı. 20 ildən çoxdur o yurdlarımızı görmək imkanına belə malik deyilik. Bu gün sosial şəbəkələrdə daha çox bu mözudan, Zəngəzurdan danışılması gərəkir. 92 il əvvəl alınan qərarla çilələrə məhkum edilmiş Zəngəzurdan..Qətliamlara, köçlərə məruz qalan, insanımızın gözüyaşlı tərk etdiyi və 20 ildən artıqdır ki, görməyə belə həsrət qaldığı Zəngəzurdan...”,-deyə millət vəkili yazıb.
Millət vəkili fikirlərini davam etdirirək bunları qeyd edib: “Bizim Zəngəzuru heç görməyən bir gənc nəslimiz var artıq. Onların arasında Zəngəzurun tarixini yaxşı bilənlərin yaxşı bilməyənlərdən çox olduğu qənaətində deyiləm açığı.. İlk özcə öz gəncliyimiz üçün.. Üstəlik hər kəsin sosial şəbəkələrdə nə qədər xarici dostları var. Zəngəzur həqiqətləri barədə onlara müəyyən məlumatlar vermək olar. Gerçək həqiqətlər barədə.. Zəngəzuru unutmamalı və gerçəkləri unutdurmamalıyıq”.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR