"Zənglərimə cavab vermir"

Əməkdar artist Tünzalə Ağayeva konsertinə gəlməyən müğənni Rəhim Rəhimlidən bəhs edib.
Vətəninfo.az
xəbər verir ki, Axşam.az-ın məlumatına görə, R.Rəhimlinin "Mən onun yanında məyusam, peşmanam. Başıma pis hadisə gəldi, konsertinə gedə bilmədim. Ondan üzr istəyirəm” sözlərinə müğənni "ATV Maqazin”də cavab verib:
"Qəti fikir etməsin. Mən Rəhimi çox istəyirəm. Neçə dəfə zəng etdim, cavab vermədi, telefonu bağlı oldu. Yəqin söndürüb ki, Tünzalə yığmasın (gülür). Rəhimi gözləyirdim. Gəlmədiyi üçün səbəbi var idi, başa düşdüm. İnşallah birlikdə müsahibə vermək imkanımız da olar. O gerçək musiqiçidir. Ondan kreativ layihələr gözləyirəm”.
Qeyd edək ki, R.Rəhimli T.Ağayevanın konserti günü halının pisləşdiyini və xəstəxanaya aparıldığını, buna görə də tədbirə qatıla bilmədiyini demişdi.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az