Ziya Məmmədova hökumətdə başqa vəzifə verilə bilə

Ziya Məmmədova hökumətdə başqa vəzifə verilə bilə
Azərbaycanda parlament  seçkiləri ərəfəsində struktur islahatları həyata keçiriləcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Modern.az-a məlumat verən mənbə qeyd edib ki, dəyişikliklər nəticəsində uzun illər Azərbaycanda nəqliyyat sektoruna rəhbərlik edən Ziya Məmmədov tutduğu nəqliyyat naziri postundan uzaqlaşdırılacaq.  
Ziya Məmmədova başqa vəzifə veriləcək.   Mənbə bildirib ki, nəqliyyat naziri Ziya Məmmədov Baş nazirin müavini postuna gələcək. Artıq məsələ ilə bağlı Ziya Məmmədovun özünün məlumatlandırıldığı da deyilir.  
Onun hansı sahələrə nəzarət edəcəyinə gəlincə, qeyd edilir ki, bir neçə baş nazirin müavini kimi Ziya Məmmədov da daha çox kabinet adamı olacaq.  
Məsələni bir az da konkretləşdirsək, o, təxminən hazırkı baş nazirin müavini İsmət Abbasov statuslu bir vəzifədə olacaq.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az