"Özümü boş yerə çürütmək istəmirəm"
Müğənni Gülay Zeynallı və idmançı həyat yoldaşı Kamil Zeynallı "Yeri gəlmişkən” verilişinin qonağı olub.
Vətəninfo.az-ın Axşam.az-a istinadlaməlumatına görə, K.Zeynallı xanımının onu qısqandığını etiraf edib:
"Aramızda
söz-söhbət qısqanclıqdan olub. Bəylər özünü hər zaman haqlı çıxarmağa
çalışır. Kişi özünə fikir verəndə qadın qısqanır. Mənim də qısqandığım
anlar olur. Ailəsinə bağlı bəydə bu hislər olmalıdır. Həddini
aşmamalısan ki, onu bezdirməyəsən. Öz xanımımla şəhərə çıxanda qızlar
yaxınlaşır, salamlaşır. Qısqansa da, Gülay başa düşür ki, mənim işim
xanımlarladır. Bir dəfə telefonumda mesaj görmüşdü. Amma mən o xanıma
cavab verməmişdim. Silməyi unutmuşdum. Çox əsəbiləşmişdi. Bir həftə evdə
söz-söhbət oldu. Axırda münasibətimiz düzəldi”.
G.Zeynallı həyat yoldaşının etirafına münasibət bildirib:
"Efirdə
ailə haqda danışmağı sevmirəm. Hər ailədə söz-söhbət olur. Problemi
həll etmək lazımdır. Hər xırda davada boşanmaq olmaz. Kamilin bu söhbəti
danışacağını gözləmirdim. O mesaj yazan xanımlar mənim övladıma qurban
olsun. Bu halları görəndən sonra qadın güclü olur. Düşüncəsi olan qadın
yazmaz ki, ailəsi var. Evli birinə yazmaqla sən nə qazanırsan? Heç vaxt
Kamilin telefonuna baxmıram. Bilirəm ki, nəsə olacaq. Ya gərək
boşanasan, ya da dərd çəkəsən. Ailəni dağıtmaq istəyirəmsə, bütün günü
telefonuna baxaram. İstəmirəm... Özümü boş yerə çürütmək istəmirəm".