Gennadi Züqanov: “Rusiyanın rolu daha da artırılmalıdır"
Rusiya Kommunist Partiyasının sədri, Dövlət Dumasının üzvü Gennadi Züqanovun Bakıya səfəri gözlənilməz olsa da, bəzi məqamları ilə yadda qaldı. Bakıya səfərindən məmnunluğunu ifadə edən kommunistlərin lideri ölkəmizdə gedən quruculuq proseslərinin sevinc doğurduğunu ifadə etdi. O, Bakıda rus icmasının nümayəndələri ilə görüşü zamanı bölgədəki vəziyyətə, Qarabağ probleminin həllinə də toxundu.
Vətəninfo.az-ın məlumatına görə, G.Züqanov diqqəti Rusiyanın önəminə yönəldərək, Qafqazda sülhə və sabitliyə Moskvasız nail olmağın çətin, mümkünsüz olduğunu, bölgədəki problemlərin həllində Rusiyanın rolunun daha da artırılmasının vacibliyini söylədi.
Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin də Rusiyadan bu münaqişənin nizamlanmasında, işğal olunmuş torpaqların geri qaytarılmasında öz mövqeyini daha konkret nümayiş etdirməsi istəyini bildirib: "Əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında fəallaşsa, öz qəti sözünü desə, əminik ki, qısa müddət ərzində müharibə riski də aradan qalxar, bölgədə sülh bərqərar olar.”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR