Heç kimə sirr deyil ki, bu gün ölkədə elə məhkəmə hakimləri var ki, onlar bu və digər məsələ ilə bağlı qərar çıxararkən, haqq ədaləti yox, məhz müəyyən maraqları, bəlkə də kimlərsə tərəfindən gələn əmr və tapşırıqları nəzərə alırlar. Halbuki hər bir hakimin birbaşa vəzifə borcudur ki, məhkəməyə müraciət edən tərəfləri dinləsin və sonda qərəzsiz, obyektiv, ədalətli qərar qəbul etsin. Təəssüf ki, hazırda peşəkar, öz işinin öhdəsindən layiqincə gələ bilən, vəzifəsinə xəyanət etməyən hakimlərlə yanaşı, Ayaz Süleyman oğlu Məmmədov kimiləri də az deyil…
Ölkənin məhkəmə sistemində islahatların aparılmasına baxmayaraq, Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədov və bu qəbildən olan digər hakimlər hələ də müəyyən maraqlar hesabına əsassız və ədalətsiz qərarlar qəbul etməklə vətəndaşlara qarşı amansız mövqe nümayiş etdirirlər. Elə bu səbəbdən də son illər vətəndaşların məhkəmələrə olan inamı xeyli azalıb. Görünür, hakim postunda əyləşməsinə baxmayaraq, Ayaz Məmmədov hələ də bilmir ki, demokratik cəmiyyətin ali prinsipi vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq, insan hüquq və azadlıqlarını ən yüksək formada təmin etməkdir. Hər bir hakim qəbul etməlidir ki, onlar tərəfindən çıxarılan ədalətsiz qərarlar insanların həyatına, eləcə də ölkəmizin beynəlxalq imicinə mənfi təsir edir. Belə ki, əgər qəbul edilmiş qərar ədalətsizdirsə, o zaman insanlar çox böyük əziyyət çəkir və məcburiyyət qarşısında qalıb Avropa Məhkəməsinə üz tutmalı olurlar. Bu isə sonda ən böyük zərbənin məhz ölkəmizə vurulması ilə nəticələnir. Təbii ki, prosesin bu cür cərəyan etməsinin əsas günahkarları məhz ədalətsiz qərar çıxaran, vətəndaşları bu və digər formada narazı salan hakimlərdir. Çünki onların tələsik qərarları üzündən günahsız insanlar belə, ədalətsizliyin qurbanına çevrilirlər. Bu cür hallar daha çox hakimlərin təsadüfən məhkəmələrə seçilmələrində özünü göstərir. Düzdür, bu cür hakimlərin sayı az olsa da, hər halda, mövcuddur. Belələrindən biri də Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovdur.
Son zamanlar onun barəsində redaksiyamıza bir neçə dəfə şikayət xarakterli müraciətlər edilib. Şikayətçilər Ayaz Məmmədovun insan taleyinə biganə yanaşmasından, vətəndaşları süründürməklə onlara müəyyən mənada mənəvi əzab verməsindən gileyləniblər. Bildirilir ki, bu şəxs "hüquqşünas” adına xələl gətirən əməllərilə icraatında olan işləri qeyri-obyektiv baxılmasına, sonda ədalətsiz qərar çıxarılmasına şərait yaradır. Qeyd olunur ki, o hakim adına yaraşmayan hərəktələrilə ölkənin qanunlarına biganəlik göstərməklə vətəndaşların şikayətlərini qanuna müvafiq şəkildə həll etmir. Halbuki təyin olunmuş hakimlərin hər biri vəzifələrinin icrasına başlamazdan əvvəl "Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub-saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranmağıma and içirəm”, deyə dövlətin, vətəndaşın və ədalət mühakiməsinin qarşısında üzərilərinə böyük məsuliyyət götürürlər. Buna baxmayaraq, Ayaz Məmmədov nədənsə öz vəzifə borcunu layiqincə yerinə yetirə bilmir. Görəsən, niyə?
Əli Kərimliyə xatir 70 min borcu "silən” hakim
Ayaz Məmmədovdan şikayət edən vətəndaşlar çoxdur. Ötən saylarımızda bir faktı qeyd etmişdik. Hakim daha bir rüsvayçi qərara imza atıb. Özü də bu dəfə şikayətçi ölkənin tanınmış xəbər portallarından birinin rəhbəri, məcburi köçkün, Qarabağ müharibəsinində iştirak etmiş tanınmış jurnalistlərdən biri olub. Hansı ki, Ümummilli lider Heydər Əliyev haqda ötən əsrin 90-cı illərində ilk yazını yazanlardandır. Ümumilikdə hələlik adını çəkmədiyimiz həmin baş redaktor bir neçə kitabın müəllifidir.Son söz ədalitinə güvəndiyimiz Ədliyyə Naziri hörmətli Fikrət Məmmədovundur.Mövzunu diqqətdə saxlayacağıq.Qarşı tətəfidə dinləməyə hazırıq.
İdeologiya.az