Eldar İsmayıloğlu: "Adamlar yıxılır üzü Allaha..."
Ağac sükutundan
min ağıllı səni dartıb çıxara bilmirsə,
demək, uzunömürlü bir xatirən var.
...Ən gözəl qadınların dəfn olduğu güzgülərdi həyat.
Yenə də çiçəklər gec dil açdı...
Təbəssümlər vicdanla ürək arasında sıxıldıqca
havan hər gün dəyişkən, buludlu olduqca...
Ürəyinin çat yerindən
adamlar yıxılır, üzü Allaha...
Canımızın ağrısından,
kökümüzün susuzluğundan
nəyinsə uğrunda ölə bilmədik...
Amma
uğrunda sənin kimsə öldüsə,
demək, doğulmamısan hələ.
...Üşütdükcə üstüaçıq baxışlar
adam dualarını qaranlığa çiləyir.
Daha
məni tablo təki sabahlara asma,
Kədərin çox ağırdı, qadın,
qaldıra bilmirəm, bağışla!..
Miq.Az