Erməni əsilli olduğu iddia edilən sabiq rəis əmlakını satır
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, adı dövlət əmlakını mənimsənilməsində hallandırılan və Azərbaycan Respublikası prezidneti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi vəzifəsindən azad edilən Rəşad Rəfael oğlu Məmmədov əmlakını satışa çıxrıb. Məlumata görə, sabiq idarə rəisi Bakıda bir binada sahib olduğu 4 mərtəbədən ibarət mənzilini ilkin olaraq satır.
Adını açıqlamaqdan imtina edən mənbənin iddiasına görə, əmlakın hazırda qiyməti 600-700 min mnat dəyərindədir.
Vətəninfo.az