Ermənilərin Camışdağdan Gəncəni VURMAQ HƏDƏSİ- Düşmənin nəzarət etdiyi zirvələr... (FOTOLAR)

Ermənilərin Camışdağdan Gəncəni VURMAQ HƏDƏSİ- Düşmənin nəzarət etdiyi zirvələr... (FOTOLAR)

Düşmən Kəlbəcərdəki Gamışdağı  "dünyanın ən uca hərbi blok-postu” kimi  təqdim etdi

Azərbaycan əsl şərəfinə bayrağımızın məhz bu zirvələrimizdə ucaldılmasıyla çatacaq...

İşğalçı ermənilər Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ərazisindəki Murovdağ silsiləsinin Gamışdağ zirvəsində(3724 metr) qurduqları və üzərinə erməni xaçı qoyduqları postu dünyanın "ən yüksək hərbi blok-postu” kimi qələmə veriblər.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, erməni yazarlardan birinin "Qomşasar”(ermənicə "qomeş” –öküz, "sar” isə dağ deməkdir)  kimi təqdim etdiyi Gamışdağdakı işğalçı erməni hərbçilərinin postunu gündəmə gəirməkdə məqsəd Azərbaycan üzərində hərbi-strateji üstünlüyü vurğulamaqdır. Belə ki, yazıda işğalçı ölkənin terrorçu eks-prezidenti  Serjik Sərkisyanın hakimiyyətdə olduğuğu dövrdəki bir çıxışında  genişmiqyaslı müharibə başlayacağı təqdirdə Azərbaycan ordusunun Naxçıvan-Ermənistan-Türkiyə sərhədinin Yerasxvan məntəqəsi yaxınlığından  İrəvanı vura bilməsindən və bu halda Türkiyənin də bizə dəstək verəcəyindən danışıb. Ancaq qaniçən işğalçı lider ardınca özlərinə belə toxtaqlıq verib: "Bizim də əlimizdə Gamışdağ var ki, oradan Gəncəni də asanlıqla vurmaq olar...” Məhz bu səbəbdən erməni yazar da bir daha Gamışdağın hərbi-strateji əhəmiyyətini vurğulayıb... 

Xatırladaq ki,  Gamışdağ- Murovdağ silsiləsində Kiçik Qafqazın və Azərbaycan Respublikasının Kürün sağ sahilində  ən yüksək zirvəsidir. Dəniz səviyyəsindən  hündürlüyü 3724 m-dir. 

1994-cü ilin yanvar-fevral aylarında Gamışdağdan 7 kilometr məsafədə yerləşən Ömər aşırımında qanlı döyüşlər gedib. Döyüşlər nəticəsində Böyük Hinal (3367 metr) və Koroğlu dağı (3462 metr) Milli Ordumuzun nəzarətinə keçsə də, Gamışdağ hələ də düşmənin nəzarət etdiyi zirvələr sırasındadır...

P.S. Dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan əsl şərəfinə Bakıda ucaldılan bayraqlarla deyil, Gamışdağda və işğal altındakı Dəlidağ, Qırxqız, İşıqlıdağ, Sarıbaba,  Hoçaz kimi digər zirvələrimizdən erməni xaç və bayraqlarını endirib üçrəngli bayrağımızın ucaldılmasıyla çatacaq...

Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az