Bu gün jurnalist Rasim Əliyevin döyülərək öldürülməsindən 40 gün keçir.
"Facebook"da yazdığı statusa görə amansızcasına döyülən jurnalist tibbi yardım almaq üçün həkimlərə müraciət edir. Həkimlər dəfələrlə valideynlərə bildirirlər ki, jurnalistin həyatına təhlükə yoxdu. Ancaq gecə Rasim Əliyevin halı pisləşir, əməliyyatdan sonra isə o vəfat edir. Tibbi ekspertizanın nəticəsi hələ də rəsmi olaraq açıqlanmayıb, hətta mərhumun valideynlərinə də heç nə deyilməyib.
Bundan başqa, həkimlərin - cərrah Babək Zeynalovun və Saday Əliyevin açıqlamalarında çoxlu şübhəli məqamlar var. Onların sözləri mərhumun doğmalarının və yaxınlarının dedikləriylə üst-üstə düşmür.
Həkimlər iddia edir ki, jurnalist 8 avqust saat 20:00-da əməliyyat olunub, bütün günü Rasim Əliyevin yanında olan valideynləri və dostları isə inamla deyirlər ki, əməliyyat 9 avqust gecə gec saatlarda baş tutub.
Beləliklə, jurnalistin ölümünə səbəb nə olub? Həkimlərin səhlənkarlığı, yoxsa... Bu suala cavab tapmaq üçün özümüz qısa bir araşdırma aparmaq qərarına gəldik, reportajımızı sizlərə təqdim edirik.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL