KİV: Arayik Harutyunyan gizli şəkildə Rusiyaya gedib – Paşinyanın arvadının planı üçün

KİV: Arayik Harutyunyan gizli şəkildə Rusiyaya gedib – Paşinyanın arvadının planı üçün

İşğal altında olan Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyan gizli şəkildə Rusiyaya səfər edib.

Miq.Az xəbər verir ki, bu barədə Rusiyaya yaxınlığı ilə bilinən Ermənistanın aparıcı media orqanların olan "yerevantoday” portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanın təklifi ilə Arayik Harutyunyandan xilas olmaq və separatçıların "Təhlükəsizlik şurası”nın sabiq katibi Samvel Babayanı onun yerinə gətirmək istəyir.

İddia olunur ki, dünən Nikol Paşinyan təcili sürətdə Xankəndindən İrəvana çağırdığı Arayik Harutyunyandan istefa etməsini istəyib. Lakin, Samvel Babayanın Rusiya ilə münasibətlərinin yaxşı olmadığını bilən Arayik Harutyunyan Paşinyanın planına mane olmaq üçün Rusiyaya gedib. Bildirilir ki, noyabrın 25-dək Rusiyada qalacaq Arayik Harutyunyan burada özünə dəstək axtaracaq.

Onu da qeyd edək ki, Arayik Harutyunyan dünən Nikol Paşinyanla görüşdən sonra "Facabook” sosial şəbəkəsində paylaşdığı yazıda Rusiya prezidenti Vladimir Putinə Qarabağda atəşkəsə səbəb olduğu üçün təşəkkür edib.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az