Kritik gəlişmə: Türk təyyarələri havaya qalxdı – Bazaya silahlar daşınır

Kritik gəlişmə: Türk təyyarələri havaya qalxdı – Bazaya silahlar daşınır

Avropa İttifaqının (Aİ) "İrini” əməliyyatçı çərçivəsində Aralıq dənizində Türkiyə gəmisində qanunsuz axtarış aparmasından sonra Türk Silahlı Qüvvələrinin bölgədəki fəallığı diqqət çəkib.

Miq.Az xəbər verir ki, "Roseline-A” gəmisində aparılan qanunsuz axtarışdan sonra Türkiyə Silahlı Qüvvələri hərəkətə keçib.

Aralıq dənizindəki gücünü göstərən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "E-7T-Barış Kartalı” kəşfiyyat təyyarəsi bu su hövzəsinin şərqində fəaliyyətə başlayıb.

Digər yandan, Türkiyə Liviyadakı Vətiyyə hərbi hava bazasını da gücləndirməyə davam edir. Türk Hərbi Hava Qüvvələrinə məxsus 3 ədəd "A400M” hərbi yük təyyarəsi bazaya üç uçuş həyata keçirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az