Milli Məclisə seçkilərdə ən gənc namizəd bilindi
Onun cəmi 26 yaşı var.
Mərkəzi Seçki Komissiyasının ötən gün keçirilmiş iclasında Milli Məclis üzvlüyünə namizədliyini irəli sürmüş bir sıra şəxslərin imza vərəqələri araşdırılıb.
Nəticədə namizədliyi qeydə alınan namizədlərin sırasında ən gənc namizəd də var. 1989-cu il təvəllüdlü olan həmin namizəd Məmmədova Büllur Cavad qızıdır. O, 50 saylı Abşeron-Qobustan seçki dairəsindən namizədliyini irəli sürüb.
Qeyd edək ki, həmin dairədən xalq artisti Zeynəb Xanlarova da namizədliyini irəli sürüb.