Nikol Paşinyanın “Lələtəpə” əməliyyatının gizlinləri AÇIQLANDI – FOTOFAKT

Nikol Paşinyanın “Lələtəpə” əməliyyatının gizlinləri AÇIQLANDI – FOTOFAKT

Nikol Paşinyan Ermənistanda baş nazir seçildikdən sonra Azərbaycan Ordusunun 2016-cı ildə işğaldan azad etdiyi "Lələtəpə” yüksəkliyini ələ keşirmk üçün əməliyyat keçirib.

Miq.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın aparıcı nəşrlərindən olan "Hraparak” ("Meydan”) qəzeti "Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyana istinadən yayıb.

"Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirib ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Serj Sarkisyanın hakimiyyəti zamanı itirilən "Lələtəpə” yüksəkliyini geri almağa çalışıb.

Partiya sədri iddia edib ki, Paşinyan "Serj Sarkisyanın verdiyi torpağı mən geri aldım” deyərək hakimiyyətini möhkəmləndirmək üçün belə bir əməliyyat hazırlayıb və bu əməliyyata rəhbərliyi Samvel Babayan edib.

Lakin, Samvel Babayanın rəhbərlik etdiyi əməliyyat uğursuz olub və Ermənistan ordusu 800-ə yaxın hərbçisini itirərək geri çəkilib.

"Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan qeyd edib ki, Paşinyan xalqın qəzəbindən qorxaraq bu barədə məlumatları gizlətməyə çalışıb.

Qeyd edək ki, Qarabağdakı separatçı rejimin keçmiş "müdafiə naziri" olan Samvel Babayan Serj Sarkisyan və Robert Koçaryan çütlüyünə qarşı müxalif mövqeyi ilə tanınan şəxsdir. 2000-ci ildə Koçaryanın yaxın adamlarından biri olan seperatçıların keçmiş "prezidenti” Arkadi Quqasyana qarşı sui-qəsd etdiyi üçün 4 il müddətinə həbs olunub. Daha sonra 2017-ci ildə Samvel Babayan  "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb. Paşinyan hakimiyyətə gəldikdən sonra Samvel Babayanı separatçı rejimin "Təhlükəsilik Şurası”nın rəhbəri təyin edib.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az