“Oğul, bu kimin aşıdır?”

 “Oğul, bu kimin aşıdır?”
Milli Azadlıq Hərəkatımızın lideri Əbülfəz Elçibəyin humanizimi,vətənsevərliyi,Türk dünyasına aşiqliyi, Turançılıq pirinsiplərinin müasir gəncliyə çatdırılmasında xidmətləri hələ uzun illər yazılacaq,oxunacaq. Amma Böyük Bəyin mənsubu olduğu xalqının hər təbəqəsinin qəlbində böyük bir ELÇİBƏY QALASı qurmasının bir  səbəbi də vardər, onun davranışı idi. Böyük Bəy hər kəsə necə davranmaq gərəkdiyini hər kəsdən gözəl bilirdi. Əli Kərimlinin hakimiyyətə işlədiyini ona deyəndə " Bu gün Əlinin Heydər Əliyevə işlədiyini bilirəm,çıxarsam başqasın yanıma yerləşdirəcəklər bilməyəcəm. Ona görə də Yurdda mənim di,Qurdda"- demişdi. Böyük Bəyin sədaqətli sürücüsü Xəlil bəyin yazaraq paylaşdığı bu həqiqət isə başqadı.Böyük bəyə gözləri kor olsa belə sədaqətli olan bir insan haqqındadı. Xəlil bəyin qarşılaşdığı bu həqiqəti yazmamaq olmazdı.Ona görə də Böyük bəy aşiqlərinin bunu oxumaları üçün  Vətəninfo.az yayımlamaq qərarı verdik.
"Təxminən 1991-ci ilin söhbətidir. Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adamı öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb "otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir… Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük.

Bəy dedi: "Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”. Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və ehsan aşını da apardım. Xeyir işlərdə olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: "Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə "oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində "bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim”.
 
Allah sənə rəhmət eyləsin Əbülfəz Bəy


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az