Təhsil naziri Ceyhun Bayramova MÜRACİƏT- “Məktəbin mikroərazisi” nə demək?

Təhsil naziri Ceyhun Bayramova MÜRACİƏT- “Məktəbin mikroərazisi” nə demək?

Cənab Nazir!

Bakı şəhəri, Xətai rayonunun Xudu Məmmədov küçəsindəki 20-ci binanın sakini Miq.Az-ın redaksiyasına təhsil problemləri ilə bağlı müraciət edib.
 
Redaksıyamıza daxil olan şikayət məktubu müəyyən ictimai əhəmiyyət daşıyır. Belə hallar tez tez valideynlərin əsəblərini tarıma çəkir. Ona görə vəziyyətin mübahisələndirilməsinin gərəkliyini ictimaiyyətlə birlikdə müzakirə etmək istədik. Düşünürük ki, Təhsil nazirliyinin ekspertləri də Təhsil haqqında Qanunu və valideylərin istəklərinin hüdudlarını dəqiqləşdirilməkdə sözçü olacaqlar.

Redaksiyamıza müraciət edən şəxsin problemi belədir. Övladını oxutmaq istəyən ananın evi Xətai rayonundakı 245 saylı orta məktəb 400-450 metrliyində və təhlükəsiz yol istiqamətindədir. Ana 1-ci sinifə gedəcək oğlu Şahbazov Kamili bu məktəbə qoymaq istəyir. Bunun üçün oğlunu 3 dəfə "Mektebeqebul.az” saytı üzərindən onlayn qeydiyyatdan keçirib, ancaq Bakı Şəhər Təhsil İdarəsinin işçi qrupu imtina cavabı verib. Səbəb kimi uşağın həmən məktəbin ərazisində deyil, MİKROƏRAZISINDƏ yaşadığını göstəriblər.

 "Məktəbin ərazisi” və ya "Məktəbin mikroərazisi” nə anlama gəldiyi başa düşülən olmasa da, bilinən odur ki, 245 saylı orta məktəb müraciətçi üçün məsafə baxımından ən yaxın və yol baxımından ən təhlükəsiz seçimdir. Üstəlik onu da deməliyik ki, valideynlər məktəbin pedaqoq-müəllim heyətinin səviyyəsinə uyğun olaraq seçim edirlər. Məktəbin ərazisində, yaxud mikro ərazisində yaşamasından asılı olmayaraq valideynlərin bu və ya başqa seçimlərinə anlayışla və hörmətlə yanaşmaq gərək olduğunu düşünürük. Hər bir ana-ata övladının daha yaxşı təhsil almasına çalışır. Belə halda valideynlərin qarşısına süni qadağalar, məhdudiyyətlər qoymaq səmərə vermir. 

Hörmətli nazir! Məktəbə qəbulla bağlı Bakı Şəhər Təhsil İdarəsinin təyin etdiyi "Məktəbin mikroərazisi” anlayışını süni maneə olduğu üçün ləğv etməyi, bununla da müraciət edən şəxsin 1-ci sinifə gedəcək övladı Şahbazov Kamilin 245 saylı orta məktəbə qəbul olunmasına yol açmaqla bağlı probleminə komək edəcəyinizə əminik! 

Aktual olduğuna görə bu mövzuya bir də qayıdacağıq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az