Bugün Gəncədə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsinin təntənəli bağlanış mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən GƏNC JURNALİSTLƏRİN İNTERNET TƏHLÜKƏSİZLİYİ FORUMU layihəsini çərçivəsində reallaşıb. Üç günlük FORUMUN icrasında layihənin koordinatoru, tanınmış telejurnalist Anar Yusifoğlu, Ölkə.az xəbər saytının baş direktoru Məmməd Gülməmmədov, Media eksperti, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant – İbrahim Rüstəmli, Yenicag.az saytının baş redaktoru Aqil Ələsgər, 7News.az saytının həmtəsisçisi Tural Əhmədov və digər QHT və Media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyətinin rəsmisi Həsən Məmmədov açaraq layihənin əhəmiyyətindən danışdı. İnformasiya təhlükəsizliyinin təminatında müasir medianın mühür rol oynadığını deyən H.Məmmədov bu işdə gənclərin maarifləndirilməsinin əhəmiyyətini vurğuladı.
Sonra ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov çıxış edərək problemin aktuallığından danışdı: "Bilirsiniz, ötən il internet mediada dezinformasiya ilə bağlı ciddi həyacan siqnalı çalındı. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Məhz bu görüşdən sonra bu sahədə ciddi dönüş yarandı. Bizim əsas məqsədimiz də məhz bu kimi problemlərin yaranma səbəbini müzakirə etmək və gənc jurnalistlərin daha çox bilgilənməsinə, maariflənməsinə nail olmaqdan ibarətdir. Üç gün ərzində həyata keçirilən forumda 30 gənc media nümayəndəsi bu istiqamətdə maarifləndilər. Hesab edirik ki, bu tip layihələr davamlı olmalıdır. Forumun www.internet-security.club saytı fəaliyyət göstərir. Bundan başqa layihənin davamlılığını təmin etmək məqsədi ilə sosial şəbəkələrdə xüsusi qruplar yaradılmışdır. ”
Sonra AzTV-nin regional bölməsinin müdiri Əhməd Qədiroğlu çıxış edərək çıxış edərək gənclərin internet mediada, xüsusilə, sosial şəbəkələrdə aktiv olmalarının vacibliyindən danışdı: "Hər bir gənc başa düşməlidir ki, əgər sənin müstəqil dövlətin varsa, deməli sənin dilin, mədəniyyətin, bir sözlə, hər şeyin var. Bu mənada bunları qorumaq və təhlükələrə qarşı adekvat cavab vermək hər birimizin borcudur.
"Gəncənin Səsi” qəzeti Baş redaktoru Rəfiqə Sadıqova isə çıxışında layihənin aktuallığından danışdı: "İnternet medianın son 10 ildə sürətli inkişafı, həm də, bir çox problemlərin yaranması deməkdir. İnternet medianın sosial şəbəkələrə inteqrasiyası isə bu istiqamətdə ciddi maarifləndirmə işlərinin aparılmasını zəruriləşdirdi”
"İnterAz”-ın bölgə müxbiri Qalib Rəhimli isə çıxışında informasiya təhlükəsizliyində milli maraqların əsas götürülməsinin vacibliyindən danışdı.
AzərTAC-ın bölgə müxbiri Sabir Əliyev isə internet mediada fəaliyyət göstərən gən jurnalistlərin peşəkarlığının artırılmasının əhəmiyyətini qeyd etdi.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmisi Kənan Məmmədov çıxış edərək internet və informasiya təhlükəsizliyinin hər bir dövlət üçün strateji əhəmiyyət kəsb etdiyini dedi: "XXI əsr informasiya əsridir. Bu mənada dinamik şəkildə inkişaf edən internet mediada müəyyən problemlərin olması da birmənalı qarşılanmır. Biz olduqca diqqətli olmalı və milli maraqların müdafiəsini əsas meyar kimi qəbul etməliyik”
Tədbirin sonunda gənc jurnalistlərin sualları media kapitanları tərəfindən cavablandırıldı.
Sonra layihədə fəal iştirak edən mütəxəssislərə FƏXRİ DİPLOMLAR, Layihədə iştirak edən Gənc media nümayəndələrinə isə SERTİFİKATLAR təqdim olundu.




























İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ